1 dəq oxuma
GNET saytı yeniləndi: axtarmaq daha asan, hər addım izahlı
GNET saytını yenidən qurduq. Görünüş tanış qaldı, rənglər və bölmələr yerindədir, amma içəridə çox şey dəyişdi. Məqsəd sadə idi: istədiyiniz oyunu tez tapasınız və sifarişin hər addımını əvvəlcədən biləsiniz.
Nə dəyişdi:
1. Axtarış. Yuxarıdakı axtarış xanasına oyunun adını yazmağa başlayan kimi nəticələr çıxır. "pubg uc", "free fire elmas" və ya "tiktok jeton" kimi gündəlik dildə yazsanız da tapır.
2. Hər məhsulun izahı. Hər oyunun səhifəsində sifarişin necə verildiyi addım-addım yazılıb: hansı məlumat lazımdır, Player ID haradadır, kod və ya yükləmə nə vaxt gəlir. Altında isə həmin oyunla bağlı tez-tez verilən suallar var.
3. Paketlər bir baxışda. Paketlər səliqəli şəbəkədə düzülür, qiymət AZN ilə dərhal görünür. Telefonda sifariş düyməsi ekranın altında həmişə əl altındadır.
4. Köməkçi. Saytın küncündəki söhbət düyməsi ilə Köməkçiyə yazıb hansı paketin sizə uyğun olduğunu, sifarişin vəziyyətini və ya ödəniş üsullarını soruşa bilərsiniz. Daha mürəkkəb məsələdə Dəstək masası və WhatsApp yenə də açıqdır.
5. Mükafat çarxı. Yeni alışlardan qazandığınız GNET Coin ilə çarxı fırladıb balans, coin və ya promokod qazana bilərsiniz.
6. Daha sürətli səhifələr. Sayt həm telefonda, həm kompüterdə əvvəlkindən xeyli tez açılır, zəif internetdə də.
Hesabınız, balansınız və sifariş tarixçəniz olduğu kimi qalır. Yeniləmədən sonra bir dəfə yenidən daxil olmağınız lazım ola bilər, şifrəniz eynidir.
Nəyisə tapa bilmirsinizsə və ya bir şey gözlədiyiniz kimi işləmirsə, bizə yazın. Rəylərinizə görə saytı yaxşılaşdırmağa davam edəcəyik.